Dərinin yumşaq və elastik qalması üçün dəridəki piy vəzilərinin böyük əhəmiyyəti vardır. Onlar tərəfindən hazırlanan piy maddəsi üzün dərisi boyu bərabər yayılaraq özünəməxsus qoruyucu təbəqə əmələ gətirir.
Ancaq bəzi səbəblərdən (hormonal, maddələr mübadiləsinin yaşa uyğun dəyişiklikləri, dərinin özünün bəzi xüsusiyyətləri, dəriyə düzgün qulluq edilməməsi və s.) dəridəki vəzilər tərəfindən piyin ifraz edilməsi artaraq dəridə məsamələrin tutulmasına da səbəb ola bilər. Havanın təsiri altında piy tıxacı qara nöqtənin – kamedonun, bəzi hallarda isə dəri altından qalxan ağ nöqtənin – ağ civzənin əmələ gəlməsinə səbəb olur. Tutulmuş məsaməyə bakteriyalar daxil olduqda, həmin sahədə iltihablaşma prosesi başlayaraq irinli sızanaqların yaranmasına səbəb olur. Dəridə iltihabi proseslərin profilaktikası məqsədi ilə onu kamedon və ağ civzələrdən təmizləmək lazımdır. Bu problemləri həll etmək üçün kosmetoloji mərkəzlərdə aparılan xüsusi dəri təmizlənmə üsullarından istifadə etmək olar.
Kosmetoloqların rəyinə görə dərinin təmizlənməsi bir çox qadınların hesab etdiyi kimi, heç də əlavə “israfçılıq” deyil, dərinin sağlam və təravətli saxlanması üçün vacib hesab edilən zərurətdir. Bu prosedur zamanı dəridə olan iltihabi elementlərin (kamedon, ağ civzələr) təmizlənməsindən savayı, dərinin qan dövranı və mübadilə prosesləri xeyli yaxşılaşır, tər və piy vəzilərinin fəaliyyəti normallaşır. Yaxşı təmizlənmiş dəri nəmliyi, oksigeni daha asanlıqla mənimsəyir. Bu təmizlənmədən sonra dəriyə çəkilən maska və kremlər dərinin təmizlənməsindən əvvəl istifadə olunduqlarından daha yaxşı effekt verir. (Təmizlənmədən əvvəl dəridəki məsamələr tutulmuş olduğu üçün maskalarda və kremlərdə olan faydalı maddələr dəriyə daxil ola bilmir).
Dərinin təmiz olması yaxşı makiyajın əsasıdır. Tonal krem və pudralar təmizlənmiş dəri üzərinə daha təbii və bərabər surətdə çəkilir.
Beləliklə, dərinin kosmetoloji təmizlənməsi prosesi– üz dərisinin müxtəlif çirklərdən, xeyirli maddələrin dəriyə daxil olmasına mane olan ölmüş dəri hüceyrələrdən və piy tıxaclarından təmizlənməsindən ibarətdir. Həkim kosmetoloq tərəfindən aparılan bu prosedur istənilən dəri tipi (hətta quru) üçün vacib hesab edilir. Yadda saxlayın ki, bu proseduraların aparılmasına yaş həddi də, demək olar, yoxdur. Dərinin təmizlənməsi yağlı dərilər üçün ay ərzində iki dəfə, normal və qarışıq tipli dərilər üçün ayda bir dəfə, quru dərilər üçün isə 2-3 ayda bir dəfə olmaqla aparılmalıdır. Dəri təmizlənməsi prosedurunun aparılması tezliyi həkim kosmetoloq tərəfindən təyin edilir.
Üz dərisinin təmizlənməsinə olan əks göstərişlər aşağıdakılardır: çoxlu sayda irinli sızanaqlar; dərinin müxtəlif irinli xəstəlikləri (frunkullar); ekzema; herpes və s.
Üz dərisinin kosmetoloji təmizlənməsinin bir neçə üsulları vardır. Dərinin təmizlənməsi üsulu dərinin vəziyyətindən asılı olaraq həkim-kosmetoloq tərəfindən seçilir. Dərinin təmizlənməsində daha çox istifadə edilən bir neçə üsulu nəzərdən keçirək.
Bu, dərinin təmizlənməsində ən çox istifadə edilən çox sadə bir üsuldur. Bu zaman dərinin təmizlənməsi heç bir kosmetik aparatdan istifadə etməyərək yalnız əllərlə aparılır. Ona görə bu üsul daha travmatik və nisbətən ağrılı olur. Ancaq çoxlu sayda qüsurları olan (qara və ağ civzələr) problemli və yağlı dərilər üçün məhz bu üsul daha effektli hesab olunur. Üz dərisi zərif, nazik və çox quru olan hallarda isə kosmetoloqlar əllə təmizlənmədən istifadə edilməsini məsləhət görmürlər. Həkim-kosmetoloq dəri-sində çoxlu sayda irinli civzəli dəriyə sahib olan pasienti manual təmizləməkdən imtina edərək, əvvəl dermatoloqa göndərir.
Dərinin əllə təmizlənməsi ilkin olaraq buxar vannası, ilıq kompreslər, parafin maskalar, həmçinin xüsusi qızdırıcı gellərdən istifadə edilməsi ilə başlanır. Bundan sonra həkim- kosmetoloq diqqətlə bütün çirk ilə tutulan məsamələri təmizləyir, hər bir kamedon (qara civzə) və miliumların (ağ civzə) daxilindəki möhtəviyyatı çıxardır.
Dərinin əllə təmizlənməsi başa çatdırıldıqdan sonra üzün dərisinə, onun vəziyyətindən asılı olaraq fərdi şəkildə seçilən maskalar tədbiq edilir.
Brosaj – aparata taxılaraq müxtəlif sürətlə fırlanan kiçik şotkalardan istifadə etməklə dərinin təmizlənmə üsuludur. Braşinq proseduranı yüngül pilinq effekti verir. Dəri hamar və parlaq şəkil alır, onun elastikliyi artır. Lakin bu prosedur zamanı dəri yalnız səthi olaraq təmizlənir və onun nəticəsi daha qısa bir müddət ərzində saxlanılır. Bu təmizləmə üsulu həmçinin, dərində yerləşən kamedon və miliumların təmizlənməsinə də imkan vermir. Buna görə də məsamələri xeyli dərəcədə çirklənmiş dərilər üçün bu üsuldan istifadə edilmir.
Dərinin ultrasəslə təmizlənməsi – ultraqısa dalğalarla təsir etməklə dərinin qeyri-travmatik təmizlənməsi üsuludur. Dəri tonik və ya xüsusi gel ilə işləndikdən sonra xüsusi kosmetik aparat olan dalğa generatorunun təsirinə məruz qalır. Bu prosedur nəticəsində dəridəki məsamələr açıldıqdan sonra, onların daxilindən dəri səthinə qalxan çirklər xaric olunur. Ultrasəs təmizlənməsi həmçinin, dərini də hamarlaşdıraraq dəridəki qırış və çapıqların daha az nəzərə çarpmasına səbəb olur, dəridəki məsamələri daraldır, piy vəzilərindən piy ifraz edilməsini tənzimləyir. Ultrasəslə təmizləmə təravətini itirməyə başlamış dərinin cavanlığını qoruyub saxlamaq üçün ideal üsul hesab edilir.
Ancaq bir daha yadda saxlamaq lazımdır ki, dərinin ultrasəslə təmizlənməsi çox çirklənmiş dərilərin kifayət qədər təmizlənməsinin öhdəsindən gələ bilməz. Bu halda həkim-kosmetoloq dərinin əlavə olaraq əllə təmizlənməsini də məsləhət görə bilər. Aşağıdakı hallarda dərinin ultrasəslə təmizlənməsi əks göstəriş hesab edilir: hamiləlik, bir sıra dəri xəstəlikləri (vitiliqo, dərinin xoşxassəli törəmələri və s.).
Əllə təmizləmənin əsas rəqibi hal-hazırda tətbiq edilən vakuumla təmizləmə hesab edilir. Onun əllə təmizləmədən əsas fərqi, dərinin bilavasitə əllərlə deyil, kiçik tozsorana bənzəyən vakuum aparatı ilə təmizlənməsindən ibarətdir. Həkim-kosmetoloq aparatın sorucu başlığını dərinin üzəri ilə sürüşdürərək kamedon və milumlarının daxilindəki möhtəviyyatı sorur. Dərinin vakkumla belə təmizlənməsi qeyri-travmatik olmaqla yanaşı, həm də, demək olar, ağrısız keçir. Lakin bir çox hallarda vakkum aparatının gücü dəridəki bəzi çətin sahələrin tam şəkildə təmizlənməsinə kifayət etmir. Bu halda vakkum təmizlənməsindən sonra həmin sahələr təkrar olaraq əllə təmizlənir. Vakkum təmizlənməsi epidermisin üst səthinin yenilənməsinə, dərinin qan dövranının yaxşılaşmasına da səbəb olur.
Yadda saxlamaq lazımdır ki, dəri həddən artıq quru və həssas olduqda, həmçinin dəridə qırmızı sızanaqlar və üz dərisinin kuperozu (dəridəki damarların genişlənməsi) olduğu zaman vakkumla təmizlənmə üsulundan istifadə etmək olmaz!
Dərinin həm kimyəvi, həm də lazerlə təmizlənməsi üsulları pilinq (ingilis dilində “to pill” – təmizləmək, qabığını soymaq sözündəndir) hesab olunur. Onlar dərinin nazik üst qatının və onunla yanaşı, ölmüş dəri hüceyrələri və artıq piy qalıqlarının xaric edilməsi məqsədini daşıyır. Bu təmizləmə üsulları artıq dərəcədə çirklənmiş dərilər üçün nəzərdə tutulmamışdır.
Dərinin lazerlə təmizlənməsi zamanı kosmetik lazer şüalarından istifadə olunur. Bu zaman sanki dərinin səthi ilə sürüşdürülən lazer şüaları onun üst qatını “yeyərək” eyni zamanda onun səthini də hamarlaşdırır.
Dərinin kimyəvi təmizlənməsi zamanı xüsusi “yeyici” (aşındırıcı) kimyəvi maddələr sanki dərinin üst nazik qatını əridirlər. Bu proseduranın sonunda isə dəriyə yumşaldıcı, sakitləşdirici maska tədbiq olunur.
Dezinkrustasiya – üz dərisinin dərin təmizlənməsi üsuludur. Bu kosmetik proses, dəriyə daimi elektrik cərəyanı və xüsusi kimyəvi məhlullar vasitəsi ilə təsir etməklə aparılır. Dezinkrustasiyadan istifadə edilməsi dərinin təmizlənməsi ilə yanaşı, dərinin dartılması və onun üzərindəki kiçik qırışların hamarlanmasına da səbəb olur.
Cavabını bilmək istədiyiniz digər suallar üçün bizimlə əlaqə saxlayın
Qara nöqtələrdən qurtulmaq üçün sınanmış metoddur.
Ultrasəslə üzün təmizlənməsi
Bu metodda problemli nahiyələrə yüksək tezlikli ultrasəs dalğaları ilə təsir göstərilir. Onlar məsamələri piy tıxacları, kosmetika qalıqları və ölmüş hüceyrələrdən təmizləyir. Mikromasaj maddələr mübadiləsini sürətləndirir. Sonda üzə maska çəkilir.
Dəriyə qulluq edərkən, dəri tipinə və yaşa uyğun qulluq etmək əhəmiyyət daşıyır.
25 yaşından başlayaraq üz dərisində qocalma prosesləri başlayır.
İllər keçdikcə dəri daha quru və nazik olur, qırışlar, ləkələr əmələ gəlir, dərinin rəngi pisləşir, dəri solğun görünür və s.
Yanıqlar, qırışlar, dəri xərçəngi və vaxtından əvvəl yaşlanma. Bunları hətta oxunmaq belə insanda neqativ hisslər oyadır.
Buna səbəb “Günəşin yandırıcı və ultrabənövşəyi şüalarıdır.”
Dizayn: Elnur Ahmadov