ƏSAS SƏHİFƏ / İnyeksiya kosmetologiyası
Bildiyimiz kimi texnologiya ve tibb günü gündən inkişaf edir və artıq elə bir dövrdür ki, insanlar daha az zaman və büdcə sərf edərək effektli nəticələr əldə olunan prosedurlara müraciət edirlər və təbii olaraq dərman ve avadanlıq istehsalçıları bu tələbatları ödəmək planı üzərində çalışır. Ən yeni standartlara cavab verən Meta Cell texnologıyası İspaniya istehsalıdır.
Meta Cell texnalogiyası nədir?
Bu texnologiya əsasında insanın öz qanından əldə edilən plazmanı və kök hüceyrələri həkim-kosmetoloq xüsusi katriclərə əlavə edir və cihazda mövcud olan xüsusi patentli texnologiya vasitəsi ilə həmən bu plazma 4 dəfəyə qədər zənginləşdirilir. Bu o deməkdir ki, 8 seans icra edilən cavanlaşma prosseduru artıq 2-3 prossedura icra edilir.
Meta Cell cihazının üstünlükləri bunlardır:
-Dəri ləkələrin rənginin açılması,
-Xırda mimiklərin azalması
-Saç və saqqalda ocaqlı tökülmələrin müalicəsi
-Üz cavanlaşması
-Xanımlarda dekolte nahiyəsinin cavanlaşması
-Ağızətrafı qırısıqlıqların aradan götütülməsi
-Boğaz nahiyəsinin cavanlaşması
-Əl dərisinin ümumi cavanlaşması və s.
Mezoterapiya-vitaminlərin, mineralların, amin turşularının, fermentlərin dərinin orta təbəqəsinə mikroinyeksiya yolu ilə tətbiq edilməsi texnikasıdır. İnyeksiya ediləcək maddələr pasientin probleminə uyğun seçilir və mikroinyeksiya üsulu ilə dərman həkim dermatoloq tərəfindən təyin olunan dozda problemli nahiyəyə tətbiq edilir ki, bununla da, problem sistemli təsir yaratmadan həll edilir və müalicədən maksimum fayda əldə edilir.
Biorevitalizasiya hialuron turşusu inyeksiyalarından ibarət olan bir prosedurdur. Bu maddə birbaşa dəri hüceyrələrinə çatdırılır və buna görə də dərinin elastikliyi artır. Biorevitalizasiya prosedurunun tətbiqi ilə dəri cavanlaşır və nəmlənir. Bundan əlavə Biorevitalizasiya proseduru dəridə olan həddindən artıq piqmentasiya və sızanaq ləkələri kimi ümumi problemlərdən xilas olmağa da kömək edir. Biorevitalizasiya dərinin 2-3 ilə qədər nəticə verən bioloji canlandırılmasıdır, qırış, yorğun və günəşdən zədələnmiş dəriyə dərhal təsir edərək cavnlaşdıran prosedurdur. Biorevetalizasiya hüceyrə mübadiləsini yaxşılaşdırır və dərini dərindən nəmləndirir. Prosedur dərinin qocalma surətini azaldır və biorevitalizasiya vasitəsi ilə dərinin keyfiyyətini hüceyrə seviyyəsində yaxşılaşdırır.
Uzun müddətdir kosmetalogiyada geniş şəkildə tətbiq edilən PRP-dəri sallanması, qırışlar, ləkə, sızanaq, yara izləri, dəri çatlaqları və saç tökülməsində istifadə edilən bir üsuldur.
Botoks (Botulinum toksini) Clostridium botulinum bakteriyasından əldə edilən toksindir. Sinir uclarında keçiriciliyi təmin edən maddələrin sərbəst buraxılmasının qarşısını alaraq, sinirlərlə sinirlərin çatdığı orqanlar arasında arasında ötürülən impulsu dayandıraraq öz təsirini göstərir. Beləliklə, sinir keçiriciliyinin dayandırılası sinirin çatdığı orqanın funksialarının azalması və ya tamamilə itirilməsini təmin edir. Estetik və kosmetik məqsədlərlə edilən botoks proseduru, mimik əzələlərin hərəkətindən yaranan üz qırışlarını azaltmaq, qirişların əmələ gəlməsinin qarşısnı almaq, həddindən artıq tərləmə olan bölgələrdə tərləməni azaltmaq və xroniki miqren müalicəsində istifadə edilə bilər.
Estetik məqsədlə tətbiq edilən dolğu, dəridəki incə və dərin qırışların aradan qaldırılması, dəridəki həcm itkisinin və çuxurların yox edilməsi məqsədiylə dəri altına tətbiq olunan xüsusi inyeksiya müalicəsidir. Estetik məqsədlə tətbiq olunan dolğu maddələri burun kənarlarındakı qırışlara (nasolabial), ağız kənarındakı sallanmalara (marionette), almacıq sümüyünün olduğu bölgənin dolğunlaşdırılmasında istifadə edilməkdədir. İncə dodaqların qalınlaşdırılmasında dodaq içinə tətbiq olunmaqdadır. Mimikayla ortaya çıxan qaş arası və alın xətlərinin aradan qaldırılmasında istifadə edilə bilər. Göz altı çuxurlarının yaxşılaşdırılmasında dolğu tətbiq edilə bilər. Əlin üst tərəfinə tətbiq edilən dolğular, zamanla həcmini itirmiş və yaşlı görünən əllərin daha gənc görünməsinə səbəb olur.
Estetik məqsədlə ən çox, qalıcı olmayan “hyluron turşusu” dolğular istifadə edilməkdədir. Bu maddə dəri altında olan bir dəstək maddədir və yaşla birlikdə dəridəki miqdarı azalır. Dolğu maddəsi kimi istifadə olunan hyaluron turşu dolğusu laboratoriya şəraitində hazırlanır və dəriyə uyğun gələn bir maddədir. Hyaluron turşu dolğularının təsiri müddəti 6-12 aydır.
Cavabını bilmək istədiyiniz digər suallar üçün bizimlə əlaqə saxlayın
Mezoterapiya dərinin müxtəlif problemlərində tətbiq oluna bilər və prosedurun ən çox yayılmış tətbiqlərini aşağıdakı kimi sadalamaq olar:
Aşağıda qeyd etdiyimiz hallarda mezoterapiya tədbiq edilməsi tövsiyə olunmur və həmin hallar bunlardır:
Prosedurdan sonra dərinin bərpası müxtəlif tövsiyələrə riayət etməkdən asılıdır və ilk növbədə üzə tədbiq edilən preparatlara diqqət edilməlidir. Üz dərisinin otaq temperaturunda qaynadılmış və ya distillə edilmiş su ilə yuyulmasına icazə verilir. İsti suyun isə istifadəsi tövsiyyə edilmir, çünki isti su tədbiq olunan preparatın təsirinə və ya dərinin yağ balansının pozulumasına səbəb ola bilər. Bununla yanaşı, üz təmizləyicilərinin tərkibində “cızıqlı” qranullar olmamalıdır, yüksək qələvi və ya spirt əsaslı olmamalıdır. Dəri yuyulduqdan sonra yumuşaq şəkildə dəsmal və ya salfet ilə sürtünmə aparılmadan qurulanmalıdır.
Üz Biorevelitalizasiya prosedurundan sonra dəri ən azı iki həftə istirahət etməlidir və bu müddət ərzində makyajdan istifadə etmək və digər kosmetik prosedurların tətbiqindən şiddətli şəkildə qaçınmaq tövsiyyə olunur. Bundan əlavə, dərinin tam sağalmasına təmin etmək üçün 14 gün ərzində masaj etməkdən uzaq durmalısınız.Bu prosedurdan 1 həftə sonra üz şişə və yüngül ödəmlə örtülə bilər. Buna görə də narahat olmamalı və bunun normal bir hal olduğunu qəbul etməlisiniz
1. Menstruasiya zamanı biorevitalizasiya proseduru edilməməlidir. Bu günlərdə bədənin ağrıya qarşı müqaviəti azalır ,daha uzun və daha mürəkkəb bir sağalma prosesinin baş vermə ehtimalı yaranır.
2. İnyeksiyadan əvvəl dərini dərindən təmizləmək, məsələn, pilinq istifadə etmək arzu ediləndir. Belə bir addım dərinin qida maddələrini udmaq qabiliyyətini artıracaq. Lakin unutmaq olmaz ki, sonuncu pilinqlə ilk biorevitalizasiya seansı arasınada bir həftə ara verilərək davam etdirilməlidir.
3. Üz dərisini sağaltmaq üçün gündə ən azı 1-1.5 litr su qəbul etmək lazımdır. Eyni zamanda mineral və ya sadəcə təmizlənmiş suyu seçmək daha yaxşıdır.
4. Şişkinlik uzun müddət keçməzsə, bir neçə gündən sonra üzünüzü dondurulmuş kublarla silə bilərsiniz. Buz üçün çobanyastığı və ya digər faydalı otlar daha təsirli olacaqdır.
“PRP” həm kosmetik həm də müalicə məqsədi ilə istifadə edilən tibbi prosedurdur. PRP-nin mahiyyəti insanların öz qanının plazmasından sadəcə trombositləri alaraq, müalicə olunacaq bölgəyə inyeksiya etməkdir. Dərinin kollagen prosesini yaxşılaşdıran PRP dərinizin gəncləşməsi , saç, üz, bədənin hər sahəsinin yenilənməsini təmin etməkdə ən təsirli üsullardan biridir.
Xərçəng riski olan, qan laxtalanması, ya da başqa qan xəstəliyi olan,infeksiya keçirmiş, immunitet sistemində problem olan, ağır diabetdən əziyyət çəkən, psixi problemləri mövcud olan, hamilə və süd verən qadınlara tövsiyyə edilmir.
Dizayn: Elnur Ahmadov