ƏSAS SƏHİFƏ / Dermatologiya
Dermatologiya-dərinin quruluşu və funksiyasını, dəri xəstəliklərinin əmələ gəlmə səbəblərini, xəstəliklərin inkişaf mexanizmini, müalicə və profilaktikasını öyrənir. (yunanca derma- dəri, logos-öyrənmək).
Dəri xəstəliklərinin əmələ gəlmə səbəbləri çoxdur və müxtəlifdir. Dəri həmişə xarici mühit faktorlarının təsirinə məruz qalır. (müxtəlif infeksiyalar, viruslar, bakteriyalar, ibtidailər, isti və soyuğa, müxtəlif kimyəvi maddələrə və s.)
Dəri qan-damar, limfa və sinir sistemi vasitəsilə bütün orqanizmlə sıx əlaqədardır. Buna görə də müxtəlif üzvlərdə gedən fizioloji və patoloji proseslər dəriyə müəyyən dərəcədə təsir göstərir. Həmin proseslərin bir çoxu isə dərinin iştirakı ilə gedir. Buna görə də daxili orqanların hər hansı bir xəstəliyi dəriyə də təsir göstərə bilər və dəridə müəyyən dəyişikliklərin yaranmasına səbəb ola bilər.
Dermatoloq kosmetoloq-dermatoloji xəstələri müalicə edir, dəri törəmələrinin aradan qaldırılması və terapevtik kosmetologiya ilə məşğul olur.
Kosmetoloq isə dəri, saç və dırnaq problemlərini həll edir. Kosmetologiya – insan orqanizminin estetik problemləri haqqında elm olub, onların yaranma səbəblərini və korreksiya üsullarını öyrənir. Hazırda kosmetologiya aktiv inkişaf edən sahələrdən sayılır.
Kosmetologiyanın əsas şaxəsi terapevtik kosmetologiyadır. Bura aşağıdakı üsullar daxildir:
Cavabını bilmək istədiyiniz digər suallar üçün bizimlə əlaqə saxlayın
Bu mütəxəssis ali tibb təhsilli olduğundan klinikada fəaliyyət göstərir. Çünki estetik və dermatoloji problemləri aradan qaldıran bütün manipulyasiyalar lisenziyalı məkanda və sertifikatlı aparatlarla aparılmalıdır.
Estetik problemlə bağlı qəbula yazılmazdan əvvəl mütəxəssisin təhsilinə və onun barəsindəki rəylərə diqqət yetirmək lazımdır. Belə ki, qeyri-peşəkar müalicə xoşagəlməz hallara gətirib çıxara bilər. Bu tip neqativ hallarla qarşılaşmamaq üçün sağlamlığınızı savadlı mütəxəssislərə həvalə edin.
Dizayn: Elnur Ahmadov