ƏSAS SƏHİFƏ / SUAL-CAVAB
Mezoterapiya dərinin müxtəlif problemlərində tətbiq oluna bilər və prosedurun ən çox yayılmış tətbiqlərini aşağıdakı kimi sadalamaq olar:
Aşağıda qeyd etdiyimiz hallarda mezoterapiya tədbiq edilməsi tövsiyə olunmur və həmin hallar bunlardır:
Prosedurdan sonra dərinin bərpası müxtəlif tövsiyələrə riayət etməkdən asılıdır və ilk növbədə üzə tədbiq edilən preparatlara diqqət edilməlidir. Üz dərisinin otaq temperaturunda qaynadılmış və ya distillə edilmiş su ilə yuyulmasına icazə verilir. İsti suyun isə istifadəsi tövsiyyə edilmir, çünki isti su tədbiq olunan preparatın təsirinə və ya dərinin yağ balansının pozulumasına səbəb ola bilər. Bununla yanaşı, üz təmizləyicilərinin tərkibində “cızıqlı” qranullar olmamalıdır, yüksək qələvi və ya spirt əsaslı olmamalıdır. Dəri yuyulduqdan sonra yumuşaq şəkildə dəsmal və ya salfet ilə sürtünmə aparılmadan qurulanmalıdır.
Üz Biorevelitalizasiya prosedurundan sonra dəri ən azı iki həftə istirahət etməlidir və bu müddət ərzində makyajdan istifadə etmək və digər kosmetik prosedurların tətbiqindən şiddətli şəkildə qaçınmaq tövsiyyə olunur. Bundan əlavə, dərinin tam sağalmasına təmin etmək üçün 14 gün ərzində masaj etməkdən uzaq durmalısınız.Bu prosedurdan 1 həftə sonra üz şişə və yüngül ödəmlə örtülə bilər. Buna görə də narahat olmamalı və bunun normal bir hal olduğunu qəbul etməlisiniz
1. Menstruasiya zamanı biorevitalizasiya proseduru edilməməlidir. Bu günlərdə bədənin ağrıya qarşı müqaviəti azalır ,daha uzun və daha mürəkkəb bir sağalma prosesinin baş vermə ehtimalı yaranır.
2. İnyeksiyadan əvvəl dərini dərindən təmizləmək, məsələn, pilinq istifadə etmək arzu ediləndir. Belə bir addım dərinin qida maddələrini udmaq qabiliyyətini artıracaq. Lakin unutmaq olmaz ki, sonuncu pilinqlə ilk biorevitalizasiya seansı arasınada bir həftə ara verilərək davam etdirilməlidir.
3. Üz dərisini sağaltmaq üçün gündə ən azı 1-1.5 litr su qəbul etmək lazımdır. Eyni zamanda mineral və ya sadəcə təmizlənmiş suyu seçmək daha yaxşıdır.
4. Şişkinlik uzun müddət keçməzsə, bir neçə gündən sonra üzünüzü dondurulmuş kublarla silə bilərsiniz. Buz üçün çobanyastığı və ya digər faydalı otlar daha təsirli olacaqdır.
“PRP” həm kosmetik həm də müalicə məqsədi ilə istifadə edilən tibbi prosedurdur. PRP-nin mahiyyəti insanların öz qanının plazmasından sadəcə trombositləri alaraq, müalicə olunacaq bölgəyə inyeksiya etməkdir. Dərinin kollagen prosesini yaxşılaşdıran PRP dərinizin gəncləşməsi , saç, üz, bədənin hər sahəsinin yenilənməsini təmin etməkdə ən təsirli üsullardan biridir.
Xərçəng riski olan, qan laxtalanması, ya da başqa qan xəstəliyi olan,infeksiya keçirmiş, immunitet sistemində problem olan, ağır diabetdən əziyyət çəkən, psixi problemləri mövcud olan, hamilə və süd verən qadınlara tövsiyyə edilmir.
Karbon pilinq, ilin istənilən fəslində tətbiq edilə bilən bir prosedurdur.
Dərinin məsamələrinə yeridilmiş karbon maddəsi lazer işığı vasitəsi ilə parçalandığında məsamələrin içərisi daha dərindən təmizlənir və dəridə sıxılma baş verir.
Tamamilə ağrısız və izsizdir, prosedurdan dərhal sonra pasient gündəlik həyatına qayıda bilər.
Normal, quru dərilər istisna olmaqla, çox quru dərilərə bu proseduru etmək məsləhət deyildir.
Dolğu həcm itkisi nəticəsində yaranan qırışları, dəri sallanmalarını aradan götürən vasitədir. Hal-hazırda ən effektli dolgular təbii hyaluron turşusu hesab olunur.
Botoks-botulinum toksin tip A-Clostridium botulinum adlı bakteriyadan əldə olunan toksindir.
Estetikada əsasən üzdə mimiki qırışları aradan götürmək ve aşırı tərləmə müalicəsində istifadə olunur.
Əməliyyat sonrası ödəmi və nahamarlıqları aradan qaldırır. Qan dövranını yaxşılaşdırır.
Estetik və müalicəvi bir çox üstünlükləri mövcuddur. Bədəndə ferqli bölgərdə toplanmış artıq piy qatlarından azad edir, qan dövranını yaxsılaşdırır, limfodrenaj təsir göstərərək metobalizmanı sürətləndirir, pasient özünü daha gümrah hiss edir, gənclik və xoşbəxtlik hissi yaradır.
Əməliyyat olmadan bədən şəkilləndirmə edir. Bu isə mini Liposaksiya adlanır. Liposaksiya arıqlama demək deyil bədən şəkilləndirməkdir.
Bölgəsəl bədənin bütün nahiyələrində olan piy qatlarının parçalanaraq bədəndən xaric edilməsidir.
Əlbəttə xanımlarla yanaşı bəylər də bu prosedurlardan yararlana bilər. Əməliyyat etdirməkdən çəkinən bəylər, qarın, kürək və qol nahiyələrində olan artıq piy qatlarından, Mantis MR 991 cihazımız vasitəsi ilə azad olaraq ideal görünüşə sahib ola bilərlər.
Qara nöqtələrdən qurtulmaq üçün sınanmış metoddur.
Ultrasəslə üzün təmizlənməsi
Bu metodda problemli nahiyələrə yüksək tezlikli ultrasəs dalğaları ilə təsir göstərilir. Onlar məsamələri piy tıxacları, kosmetika qalıqları və ölmüş hüceyrələrdən təmizləyir. Mikromasaj maddələr mübadiləsini sürətləndirir. Sonda üzə maska çəkilir.
Dəriyə qulluq edərkən, dəri tipinə və yaşa uyğun qulluq etmək əhəmiyyət daşıyır.
25 yaşından başlayaraq üz dərisində qocalma prosesləri başlayır.
İllər keçdikcə dəri daha quru və nazik olur, qırışlar, ləkələr əmələ gəlir, dərinin rəngi pisləşir, dəri solğun görünür və s.
Yanıqlar, qırışlar, dəri xərçəngi və vaxtından əvvəl yaşlanma. Bunları hətta oxunmaq belə insanda neqativ hisslər oyadır.
Buna səbəb “Günəşin yandırıcı və ultrabənövşəyi şüalarıdır.”
48 saat ərzində əkim bölgəsi və donor bölgəsinə su dəyməməlidir. Əkim olunan saç köklərinə 15 gün ərzində hər hansı bir müdaxilə olunmamalıdır. (Sərt şəkildə daramaq və rəng məhsullarından istifadə etmək ve tük köklerini yerindən çıxartmaq).
18- 60 yaş arası olan pasiyentlər və əməliyyat önü tələb olunan qan analizlərinə müsbət nəticə verən bütün pasiyentlərə uyğundur.
Hər hansı bir xoroniki xəstəliyi olan pasiyentlər və donor bölgəsi zəyif olan xəstələr əməliyyata uyğun deyildir. (Qeyd edim ki yanlız aktiv xəstəliklər üçün uyğundur və bir çox xəstəliklərin müayinə zamanı uyğunluğu təyin edilir).
Yaş məhdudiyyətləri 18-60 yaş arasıdır. 18 yaşından kiçik şəxslər qəbul edilmir və 60 yaşından yuxarı olan şəxslər qəbul edilmir.
Ginekoloji prosedurlar üçün hialuron turşusu əsasında hazırlanan preparatlardan istifadə olunur, lakin, qeyd etməliyik ki, bu vasitələr sırf ginekologiyada istifadə üçün hazırlanır. Kosmetologiyada digər preparatlardan istifadə olunur.
İnyeksion kosmetologiyadan fərqli olaraq, prosedurdan sonra effekt daha uzunmüddətlidir, 9-12 aya qədər davam edə bilər. Məhdudiyyətə gəldikdə, “G” nahiyyəsinin böyüdülməsindən sonra cinsi həyata 3- 5 gün ara vermək lazımdır. Əgər cərrahi müdaxilə olunubsa, iki həftə ərzində cinsi pəhriz qorunmalı, həmçinin ağır fiziki fəaliyyət məhdudlaşdırılmalıdır.
Doğuş keçirməmiş qadınlar üçün heç bir əks göstərişlər yoxdur. Bu prosedurlar reproduktiv funksiyalara heç bir təsir göstərmir. İnyeksiyalar və intim plastika təhlükəsiz prosedurlardır, həmçinin doğuş keçirməyən xanımlar üçün.
Estetik prosedurlara göstəriş qadının həzz ala biməməsidirsə, dolğularla, perineopastikayla, lazer üsullarıyla və ya bir çox digər üsullarla, biz cinsi həyatın yaxşıladırılmasına kömək edirik.
Estetik ginekologiya müasir və özünə güvənən qadın üçün mütləqdir. Axı xarici görünüşə diqqət yetirib, daxili vəziyyətinizə əhəmiyyət verməmək qəbuledilməzdir. İndiki zamanda, qadınlar yaşına uyğun görsənmir, həm mənəvi, həm də fiziki cəhətdən. Ancaq, təəssüf ki, hormonal statusumuz hər zaman xarici görünüşümüzlə uyğun gəlmir və, özünü gənc hiss etmək və həyatdan mümkün qədər zövq almaq üçün, qadınlar intim nahiyənin estetikasına və sağlamlığına diqqət yetirməlidir.
Təbiidir ki, intim kontur plastika (fillerlərin yeridilməsi) və ya cərrahi korreksiyanın digər müxtəlif növləri, məsələn sapların qoyulması yalnız həkim ginekoloq tərəfindən təyin olunur.
Estetik prosedurlar bu və ya digər problemlərin ambulator şəraitdə tez və effektiv həll olunmasına imkan yaradır və ümumiyyətlə əməliyyatsız yollarla qadının cinsi həyatının keyfiyyətini yaxşılarşdırır.
Hazırlanır
Bu mütəxəssis ali tibb təhsilli olduğundan klinikada fəaliyyət göstərir. Çünki estetik və dermatoloji problemləri aradan qaldıran bütün manipulyasiyalar lisenziyalı məkanda və sertifikatlı aparatlarla aparılmalıdır.
Estetik problemlə bağlı qəbula yazılmazdan əvvəl mütəxəssisin təhsilinə və onun barəsindəki rəylərə diqqət yetirmək lazımdır. Belə ki, qeyri-peşəkar müalicə xoşagəlməz hallara gətirib çıxara bilər. Bu tip neqativ hallarla qarşılaşmamaq üçün sağlamlığınızı savadlı mütəxəssislərə həvalə edin.
Lazer epilyasiya onkoloji xəstəliyə səbəb ola bilməz, belə ki lazer dalğası dermaya qədər nüfuz etdiyindən, bu kimi fikirlər əsassızdır.
Dünya praktikasında uşaqlara epilyasiyanın heç bir zərəri müşahidə olunmamışdır. Yetkinkik yaşına çatmayan uşaqlar valideynin icazəsi ilə müraciət edəbilər və seansdan əvvəl orqanizmin böyümə dövrü davam etdiyi üçün tüklərin tam azalmayacağı haqqında öncədən məlumat verilir.
Üz nahiyəsindəki tüklənmə bir mənalı olaraq hormonal problemin göstəricisidir. Bu nahiyənin aşırı tüklənməsi irsi sayila bilməz və üz nahiyəsində konkret seans sayı demək mümkün deyil. Hormonal problemlər yoxdursa seanslar arası intervalı uzada və ya 70-80% azalda bilərik.
Dizayn: Elnur Ahmadov