ƏSAS SƏHİFƏ / Son Metod ilə Saç, Qaş və Saqqal Əkimi
Xüsusilə qadınlarda qalın və sıx qaşlar estetikada son illərin dəbidir. Qaş əkimi, öz qaşlarınıza nail ola biləcəyiniz təmamilə təbii müalicə üsuludur. Qaş transplantasiyasında üstünlük verilən saç kökləri başın arxa hissəsindən yəni heç bir tökülmə xüsussiyyəti olmayan bölgədən alınır. Qaş transplantasiyası qadın və kişilərdə ən yüksək pasiyent məmnuniyyəti olan əməliyyatlar arasındadır.
Medup Clinic-də ən son texnika ilə qaş əkimi icra olunur. Yeni texnikanı köhnə texnikadan fərləndirən ən əsas cəhət köhnə texnikada əkilən qaşlarda tük biz-biz çıxır ,yeni texnikada isə təbii anotomik qaş quruluşuna sahib olunur.
Callegari Soft Plus cihazı ilə:
Saç tökülməsini, nəmliliyi, ağlılığı və PH səviyyəsini təyin edə bilirik.
Bəzi hallarda saç tökülən nahiyəni yalnız tük əkilmə yolu ilə bərpa etmək mümkün olur. Bu zaman başın tüklü hissəsindəki tük folekullarından istifadə olunur. Bu zaman isə tük folekulları insanın həyatı boyu sağlam qalır. Tük əkdirmək lazım gəldikdə isə mütləq sınanımış həkimlərə müraciət etmək lazımdır
Müasir tük əkmə üsulları. Tük əkmənin texnologiyası
Tük əkmənin (transplantasiya) texnologiyası aşağıdakı göstəricilərə əsaslanır:
Tükün əlikməsi iki mərhələdə həyata keçirilir:
Əməliyyat keçəlləşmədən və ya saç tökülməsindən şikayyəti olanlara, həmçnin daha sıx bığ, saqqal azru edənlərə da tətbiq edilir. Bəzən üz hissəsində çapıq olan və bu çapığı tüklə örtmək istəyənlərə də tük əkilmə əməliyyatı təbiq olunur. Saç əkdirən zaman keçəlləşmənin yetərincə olması da nəzərə alınmalıdır. Donor hissədən alınan dəri tikəsinin tüksüz nahiyəyə yetib yetməyəcəyinə isə həkim qərar verməlidir.
Şəkərli diabet, yüksək areterial təzyiq, ürək-damar sistemi xəstəlikləri zamanı da həkimi məlumatlandırmaq və diqqətli olmaq lazımdır. Belə xəstələrə HFE üsulu ilə saç əkilməsi məsləhət görülür. Bunun səbəbi isə bu üsulun ağırlaşmasının olmamasıdır. Saç əkdirən zaman həkimin bütün təyinatlarına əməl etmək lazımdır.
Trixologiya dermatologiyanın bir parçası olan və saç xəstəliklərini öyrənən, tədbiq edən bir təbabət sahəsidir. Tirxologiya ilə yalnız dermatoloqlar və ya dermatoveneroloqlar məşqul ola bilər. Trixoloq adlı ayrı bir ixtisas həkimi yoxdur. Ad şərtidir. Bütün trixoloqlar dermatoloqlardır. Yəni, dermatoloq olmadan trixoloq olmaq olmaz. Trixodermatoloqlar saç xəstəliklərinin müalicəsiylə məşqul olurlar. Saç xəstəlikləri hər yaşda özünü göstərə bilər.
Saç problemləri alopesiya və hipertrixoz şəklində meydana çıxır. Alopesiya saç tökülməsidir. Saç tökülmələr sadəcə baş nahiyyəsində deyil eyni zamandan qaşlarda, kipriklərdə, saqqaqlda, qoltuq altında, qasıqda, bədəndə də yarana bilər. Alopesiyaların həm endogen yəni daxili, həm ekzogen yəni xarici səbəbləri vardır. Bir dermatoloq mütləq saç tökülməsinin səbəbini araşdırmalı və müvafiq müalicələr aparmalıdır. Uşaqlarda saç tökülməsi problemi ilə valideynlər tez-tez randevular alırlar. Uşaq dəri xəstəlikləri və patologiyalarının bir parçası olaraq pediatrik saç tökülməsi ən çox dərinin göbələk xəstəlikləri fonunda özünü göstərir. Trixologiya sahəsində ümumiyyətlə infeksion mənşəli saç tökülmələri geniş yer alır.
Bəzi alopesiyalar vardır ki, bərpası mümükün deyildir, lakin xəstəliyin dərinləşməsinin qarşısını alan müalicələr aparıla bilər. Bunun üçün xəstələr vaxtında dermatoloqa müraciət etməlidirlər. Saç xəstəliklərinin müalicəsində müxtəlif tərkibli losionlar, şampunlar, sabunlar, inyeksiyalar, tabletlərdən istifadə edilir. Bəzi saç tökülmələrinin tək çarəsi saç əkilməsidir. Bəzən alopesiyanın növünü təyin etmək üçün dəri biopsiyası istifadə edilir.
Ölkəmizdə səhvən xəstələr saç tökülməsi şikayətləri ilə endokrinoloq, qastroenteroloq, terapevt və s. kimi qeyri-ixtisas həkimlərinə müraciət edirlər. Bu xətalıdır. Alopesiyaların diaqnostikası və müalicəsi yalnız dermatoloqlar tərəfindən icra olunur. Məsələn ocaqlı alopesiya problemi klinik görünüşü etibarı ilə bir çox alopesiyalar ilə qarışa bilər. Dermatoloq diaqnozu dəqiqləşdirmək üçün trixoskopiya və ya dermatoskopiya üsulu başda olmaqla digər əlavə insturmental üsullar istifadə edə bilər ki, bunu digər ixtisas həkimləri icra etmir. İnsturmental müayinələrdən əlavə dermatologiya uzmanı xəstələrdən laborator, mikrobioloji, histoloji, radioloji müayinələr də tələb edə bilər. Yalnız dəqiq diaqnozdan sonra həkim saç xəstəliklərinin müalicəsi üçün losionlar, şampunlar, inyeksiyalar, daxilə hormonal və qeyri-hormonal preparatlar təyin edir.
Cavabını bilmək istədiyiniz digər suallar üçün bizimlə əlaqə saxlayın
48 saat ərzində əkim bölgəsi və donor bölgəsinə su dəyməməlidir. Əkim olunan saç köklərinə 15 gün ərzində hər hansı bir müdaxilə olunmamalıdır. (Sərt şəkildə daramaq və rəng məhsullarından istifadə etmək ve tük köklerini yerindən çıxartmaq).
18- 60 yaş arası olan pasiyentlər və əməliyyat önü tələb olunan qan analizlərinə müsbət nəticə verən bütün pasiyentlərə uyğundur.
Hər hansı bir xoroniki xəstəliyi olan pasiyentlər və donor bölgəsi zəyif olan xəstələr əməliyyata uyğun deyildir. (Qeyd edim ki yanlız aktiv xəstəliklər üçün uyğundur və bir çox xəstəliklərin müayinə zamanı uyğunluğu təyin edilir).
Yaş məhdudiyyətləri 18-60 yaş arasıdır. 18 yaşından kiçik şəxslər qəbul edilmir və 60 yaşından yuxarı olan şəxslər qəbul edilmir.
Dizayn: Elnur Ahmadov