Gözqapağı əməliyyatı (Blefaroplastika) ən çox edilən əməliyyatlar arasında hər zaman ilk üç sıradadır. Bəzi insanlarda isə gözqapağı problemləri əməliyyatsız yöntəmlərlə də həll etmək mümkündür. Daha çox 40-45 yaşdan aşağı olan pasiyentlərdə gözqapağı prosedurunu ən gözəl əməliyyatsız şəkildə isti plazma texnologiyası ilə təchiz olunmuş Plexr cihazı ilə həyata keçirmək günümüzdə çox geniş yayılmış yöntəmdir.
Plexr cihazı ilə edilən bu prosedur çox effektiv, tez və qalıcıdır. Lakin pasiyentin yaşı 45 yaşdan yuxarıdırsa və gözqapağı qırışlar, sallanmalar daha çoxdursa cərrahi əməliyyatı məsləhət görərdik.