Genital və Vaginal Estetika
Estetik ginekologiya iki yerə ayrılır: Invaziv ve non-invaziv
İndiki zamanda, estetik təbabətə xüsisi diqqət yetirilir, hansı ki, müxtəlif qadın problemlərini minimal invaziv vasitələrlə (məsələn lazer terapiyası və ya intim filling, xüsusi dolğuların intim nahiyyəyə yeridilməsi) həll olunmasına kömək edir.
Qadının cinsi həyatının keyfiyyətindən məmnunsuzluğu;
Estetik problemləri cərrahi üsullarla da korreksiya etmək olur, uşaqlıq yolunun ağırlaşmış formada sallanması zamanı, sidik qaçırmanın ağırlaşmış mərhələsi (doğuşdan sonra yaranan problemlərlə bağlı) və s. Onu da qeyd etməliyik ki, əgər əvvəllər bəzi ginekoloji problemlər yalnız cərrahi yolla həll olunurdusa indiki zamanda uşaqlıq yolunun prolapsının(sallanmasını) ilkin mərhələsində uşaqlıq yolunun dəliyinin ölçüsünü saplarla dəyişmək mümkündür, minimal invaziv perineoplastika və ya tredliftinq üsulu ilə.
Cərrahi müdaxiləylə müqaisədə estetik prosedurların həyata keçirilməsi daha az büdcə ilə haəyata keçirilir və təsirini uzun müddət göstərir. Estetik ginekologiya qadınlar üçün kifayət qədər əlçatandır.
Cavabını bilmək istədiyiniz digər suallar üçün bizimlə əlaqə saxlayın
Ginekoloji prosedurlar üçün hialuron turşusu əsasında hazırlanan preparatlardan istifadə olunur, lakin, qeyd etməliyik ki, bu vasitələr sırf ginekologiyada istifadə üçün hazırlanır. Kosmetologiyada digər preparatlardan istifadə olunur.
İnyeksion kosmetologiyadan fərqli olaraq, prosedurdan sonra effekt daha uzunmüddətlidir, 9-12 aya qədər davam edə bilər. Məhdudiyyətə gəldikdə, “G” nahiyyəsinin böyüdülməsindən sonra cinsi həyata 3- 5 gün ara vermək lazımdır. Əgər cərrahi müdaxilə olunubsa, iki həftə ərzində cinsi pəhriz qorunmalı, həmçinin ağır fiziki fəaliyyət məhdudlaşdırılmalıdır.
Doğuş keçirməmiş qadınlar üçün heç bir əks göstərişlər yoxdur. Bu prosedurlar reproduktiv funksiyalara heç bir təsir göstərmir. İnyeksiyalar və intim plastika təhlükəsiz prosedurlardır, həmçinin doğuş keçirməyən xanımlar üçün.
Estetik prosedurlara göstəriş qadının həzz ala biməməsidirsə, dolğularla, perineopastikayla, lazer üsullarıyla və ya bir çox digər üsullarla, biz cinsi həyatın yaxşıladırılmasına kömək edirik.
Estetik ginekologiya müasir və özünə güvənən qadın üçün mütləqdir. Axı xarici görünüşə diqqət yetirib, daxili vəziyyətinizə əhəmiyyət verməmək qəbuledilməzdir. İndiki zamanda, qadınlar yaşına uyğun görsənmir, həm mənəvi, həm də fiziki cəhətdən. Ancaq, təəssüf ki, hormonal statusumuz hər zaman xarici görünüşümüzlə uyğun gəlmir və, özünü gənc hiss etmək və həyatdan mümkün qədər zövq almaq üçün, qadınlar intim nahiyənin estetikasına və sağlamlığına diqqət yetirməlidir.
Təbiidir ki, intim kontur plastika (fillerlərin yeridilməsi) və ya cərrahi korreksiyanın digər müxtəlif növləri, məsələn sapların qoyulması yalnız həkim ginekoloq tərəfindən təyin olunur.
Estetik prosedurlar bu və ya digər problemlərin ambulator şəraitdə tez və effektiv həll olunmasına imkan yaradır və ümumiyyətlə əməliyyatsız yollarla qadının cinsi həyatının keyfiyyətini yaxşılarşdırır.
Dizayn: Elnur Ahmadov